Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılır? 

"Özəlləşdirmə çeklərinin yenidən bərpa olunması təqdirəlayiq addım olmaqla yanaşı, xalqın sınmış ümidini özünə qaytara bilər".

Bu sözləri özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması ilə bağlı məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakivaxti.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, sözügedən çeklərin dövriyyəyə buraxılması sosial rifahı qaldırmaqla yanaşı, vətəndaşların dövlətə olan inamını da artıracaq:

"Özəlləşdirmə çekləri ilə bağlı məsələ ulu öndər Heydər Əliyevin dövründə diqqət mərkəzində idi və verilən qərar xalq üçün bir uğur idi. Vətəndaşlar öz tələbatlarını ödəmək üçün müəyyən sahələrdə bu çeklərdən istifadə edirdilər. Lakin sonradan hansısa səbəbə görə bu məsələ yaddan çıxarıldı. Ona görə də yaxşı olardı ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması dövlətin diqqət mərkəzində olsun. Bu çeklərin istifadəsi əhalinin maddi rifahının yüksəldilməsi və müəyyən sıxıntıların aradan qaldırılması baxımından müsbət təsirə malik ola bilər. Özəlləşdirmə çeklərinin yenidən bərpa olunması təqdirəlayiq addım olmaqla yanaşı, xalqın sınmış ümidini özünə qaytarar. Elə insanlar var ki, zamanında dövlətə inanaraq bütün var-dövlətini sataraq özəlləşdirmə çekləri alıb və gələcəkdə faydalanacağını düşünüb. Lakin bu gün çeklərin dövriyyədə olmaması dövləti gözdən salmaq deməkdir. Hər halda bu sahəyə baxan məsul şəxslərin məsələni nəzarətdə saxlaması məqsədəuyğundur. Bu halda ölkədə gələcəyə inamla baxmaq mümkündür. Əlində 100-150 çeki olan şəxslər var. Bu və ümumilikdə əlində çekləri olan vətəndaşların haqqının bərpa olunması vacibdir. Milli Məclisə təyin olunan deputatlar bu məsələni müzakirəyə çıxarmaqla, vətəndaşlarımıza köməklik etmiş olar".

Qeyd edək ki, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002, 2004, 2008, 2009-cu illərdə çeklərdən istifadə müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılan dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar